Spiker: “Deputat özünü heç kimdən üstün tutmamalıdır”

Spiker: “Deputat özünü heç kimdən üstün tutmamalıdır”

© APA | Sahibə Qafarova

# 03 avqust 2021 12:36 (UTC +04:00)

“Prezident ilham Əliyevin parlamentin açılışında çıxışındakı tövsiyələri hər birimizin yadındadır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatla bağlı çıxışında spiker Sahibə Qafarova söyləyib.

Spiker deyib ki, deputat xalqın diqqət mərkəzindədir: “Deputat özünü heç kimdən üstün tutmamalıdır. Mən həmkarımızın deputata yaraşmayan hərəkəti ilə bağlı dərin təəssüfümü bildirirəm. İnanıram ki, gələcəkdə bu cür hadisələri müzakirə etmək məcburiyyətində qalmayacağıq. Baş prokurorun təqdimatında deputatın toxunulmazlığına xitam vermək üçün kifayət qədər əsas var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR