Spiker: “Ermənistan sərhədlərin delimitasiya məsələsində də qeyri-konstruktiv mövqe sərgiləyir”

Sahibə Qafarova

© APA | Sahibə Qafarova

# 02 iyul 2021 11:16 (UTC +04:00)

“Macarıstan tarixi köklərinə əsaslanaraq türkdilli ölkələrlə əlaqələrinin inkişafına xüsusi önəm verir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Macarıstana səfəri barədə danışan Sədr bildirib ki, bu ölkə ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır: “Bu əməkdaşlığın dərinləşdirilməsinə hər iki tərəfdən böyük diqqət göstərilir. Türk Şurasının qarşıya qoyduğu əsas vəzifələrdən biri də beynəlxalq terrorizmə qarşı mübarizədir. Macarıstanda keçirdiyimiz hər bir görüşdə belə bir fikir ana xətt kimi keçib: Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb. BMT-nin 4 qətnaməsi kağız üzərində qalıb. Nəhayət, ötən il Azərbaycan bu sənədləri təmin edib və ərazi bütövlüyünə nail olub. Eyni zamanda bir daha beynəlxalq ictimaiyyəti Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırdım. Ermənistan sərhədlərin delimitasiya məsələsində də qeyri-konstruktiv mövqe sərgiləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR