Spiker: “İnsan hüquq və azadlıqlarının təmin edilməsi Prezidentin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir”

Sahibə Qafarova

© APA | Sahibə Qafarova

# 05 noyabr 2021 12:40 (UTC +04:00)

“İnsan hüquq və azadlıqlarının təmin edilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, 2003-cü ildən bu vaxta qədər müxtəlif amnistiya və əfv sərəncamları verilib: “Zəfər Günü ilə əlaqədar da Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə amnistiya elan edilməsi haqqında qərar layihəsi daxil olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR