Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək

Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək
# 12 iyun 2021 19:24 (UTC +04:00)

Kənd təsərrüfatı məhsulu istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 411-2 maddəyə əsasən, fermer tərəfindən “elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq ediləcək və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunacaq.

Prezident İlham Əliyevin imzaladığı fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda edilən dəyişikliyə görə isə hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyətə cəlb edilmiş fermerlərə növbəti 2 il müddətinə subsidiya ödənilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR