Şuşada dövlət xidmətləri yalnız 3 inzibati binada təqdim ediləcək

Şuşada dövlət xidmətləri yalnız 3 inzibati binada təqdim ediləcək
# 21 may 2021 17:34 (UTC +04:00)

Şuşa şəhəri Dövlət Qoruğuna əlavə dəstək məqsədilə vergi və digər məcburi ödənişlərdən mümkün maliyyələşmə üçün zəmin yaradılacaq.

APA-nın məlumatına görə, bu, “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Şuşa şəhəri Dövlət Qoruğunda hüquq mühafizə və məhkəmə orqanları istisna olmaqla, digər orqanların öz xidmətlərini üç inzibati binadan (ASAN, DOST və KOB Evləri) və ya yalnız elektron qaydada göstərəcəyi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR