Şuşaya səfər edən bir qrup şuşalı Cıdır düzündə olub - FOTO

Şuşalılar Cıdır düzündə

© APA | Şuşalılar Cıdır düzündə

# 26 avqust 2021 12:18 (UTC +04:00)

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı bir qrup Şuşa sakininin 30 ildən sonra doğma şəhərinə səfəri başlayıb.

APA-nın əməkdaşı xəbər verir ki, şuşalılar ilk olaraq Cıdır düzündə olublar.

Onlar Cıdır düzünü gəzib, ötən günləri yada salıb, xatirələrini bölüşüblər.

Qeyd edək ki, Şuşaya səfər edən 52 sakini Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, həmçinin öz evlərini də ziyarət edəcəklər.

Qeyd edək ki, şuşalıların ilk səfəri 19 avqust tarixində baş tutmuş, 50 sakin 29 illik ayrılıqdan sonra öz doğma şəhərlərini görmək imkanı qazanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR