Tahir Budaqov: “Azərbaycan və Türkiyənin hakim partiyaları beynəlxalq arenada da müştərək fəaliyyət göstərəcək”

Tahir Budaqov

© APA | Tahir Budaqov

# 15 sentyabr 2021 12:52 (UTC +04:00)

“Azərbaycan və Türkiyənin hakim partiyaları Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyası (AKP) arasında da əlaqələr genişlənib”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov açıqlamasında deyib.

O bildirib ki, ilk dəfə iki partiya arasında əməkdaşlıq protokolu imzalanıb: “Bu sənəd gələcək əməkdaşlıq üçün yeni hüquqi baza yaradıb. Qarşılıqlı səfərlər çərçivəsində fəaliyyət istiqamətlərimizin konturları müəyyən olunub. Hakim partiyalar arasında əməkdaşlığa dair işlər davam edəcək. Partiyalar artıq beynəlxalq arenada da müştərək fəaliyyət göstərəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR