Tahir Budaqov: “Vətən müharibəsi dövründə əksər siyasi partiya Prezidentin siyasətinə qətiyyətli dəstək göstərdi”

Tahir Budaqov

© APA | Tahir Budaqov

# 21 oktyabr 2021 11:11 (UTC +04:00)

“Müasir dövrdə hər bir ölkənin gücünü müəyyən edən amillərdən biri milli həmrəyliyin təmin olunmasıdır”.

APA-nın məlumatına görə, bunu YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasında keçirilən “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, tarixi faktlar da sübut edir ki, burada lider amili də xüsusi əhəmiyyət kəsb edir: “Müstəqillik dövrünün prosesləri təsdiqləyir ki, milli həmrəylik xalqın taleyində həlledici faktor kimi rol oynayır. Azərbaycanın adının dünya siyasi tarixinə qalib ölkə kimi yazılmasında, 44 günlük Vətən müharibəsində qazanılan qələbədə milli həmrəylik amilinin müstəsna rolu olub. 44 günlük Vətən müharibəsi dövründə ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiya Prezident İlham Əliyevin siyasətinə qətiyyətli dəstək göstərdi. İkinci Qarabağ Müharibəsi Azərbaycan dövlətinin gücünü, xalqımızın sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Möhtəşəm qələbənin nəticələri təkcə Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına deyil, eyni zamanda Cənubi Qafqazda yeni reallıqların yaranmasına səbəb olub. Azərbaycan Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR