Tahir Kərimli: “Qiymətləri qaldırıb, Tarif Şurasının arxasında gizlənirlər”

Deputat Tahir Kərimli

© APA | Deputat Tahir Kərimli

# 12 oktyabr 2021 11:18 (UTC +04:00)

“Büdcə müzakirələrində iştirak edən hökumət nümayəndələri bizim çıxışımıza çox etinasız yanaşır. Hərdən elə baxırlar, elə bil Tahir Kərimlini yol polisi saxlayıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, heç kimin camaatın çörəyini kəsməyə ixtiyarı yoxdur: “Nə deyirik, tərsinə edirlər. Uşaq pulu deyirik, etmirlər, bizi saymırlar. Bir Tarif Şurası yaradıblar. Qiymətləri qaldırırlar, Tarif Şurasının arxasında gizlənirlər”.

T. Kərimli nazirlərin deputatın suallarına cavab verməməsindən də şikayətlənib: “Suallarımıza nə səhiyyə naziri cavab verir, nə əmək və əhalinin sosial müdafiə naziri. Deyirlər, elə Maliyyə Nazirliyi cavab verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR