Tarixi araşdırma üçün Ombudsman və BDU-nun İşçi Qrup yaratması təklif olunur

Səbinə Əliyeva

© APA | Səbinə Əliyeva

# 12 oktyabr 2021 15:22 (UTC +04:00)

“Ermənistanın uzun illər boyu Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti azərbaycanlıların hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olub”.

APA-nın məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva BDU-da “İşğal altında olmuş Azərbaycan ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Hesabat kitabının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

Ombudsman BDU-nun Ombudsman təsisatı ilə birlikdə İşçi Qrup yaratmağı təklif edib: “Bir-birimizin təcrübəsini nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın tarixi, mədəni sərvətlərinin dağıdılması faktlarının araşdırılması və hesabatların hazırlanması məqsədilə müvafiq İşçi Qrup yaradaq. Bu, qarşıya qoyulan vəzifələrin daha da səmərəli icrası baxımından olduqca yararlı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR