“Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masa keçirilib

“Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masa

© APA | “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masa

# 21 oktyabr 2021 13:41 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, dəyirmi masada parlamentdə təmsil olunan siyasi partiya sədrləri, Milli Məclisin komitə sədrləri və deputatlar, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycanın adının dünya siyasi tarixinə qalib ölkə kimi yazılması, 44 günlük Vətən müharibəsində qazanılan qələbədə milli həmrəylik amilinin müstəsna rolu olub: “İkinci Qarabağ Müharibəsi Azərbaycan dövlətinin gücünü, xalqımızın sarsılmaz həmrəyliyini bütün dünyaya göstərdi”.

VHP Sədri Sabir Rüstəmxanlı “Siyasi dialoq və həmrəylik”, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Vətən Müharibəsi: xalqımızın haqq və şərəf işi”, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Müqəddəs savaş: cəsurluğun, şücaətin və vətənpərvərliyin təntənəsi”, YAP İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu “Paralel baxış: Vətən müharibəsi və İnformasiya savaşı”, politoloq Eldar Namazov “Vətən Müharibəsi və yekun tarixi reallıqlar” mövzusunda məruzələrlə çıxış edib.

Daha sonra Vətən müharibəsində qazanılan qələbədən çıxan nəticələr barədə çıxışlar olub, təkliflər səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR