YAP sədrinin müavini: “Qələbədən sonra YAP-la əməkdaşlığa cəhd edən ölkələrin sayı artıb”

YAP sədrinin müavini: “Qələbədən sonra YAP-la əməkdaşlığa cəhd edən ölkələrin sayı artıb”
# 21 oktyabr 2021 12:24 (UTC +04:00)

“Oktyabrın 25-də Türkiyənin hakim partiyası ilə YAP arasında videokonfrans formatında iclas keçiriləcək”.

APA-nın məlumatına görə, bunu YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada deyib.

T. Budaqov bildirib ki, müzakirə mövzusu Vətən müharibəsində əldə edilən qələbə və bölgədə yaranan yeni reallıqlardır: “Burada iştirak edən hər kəsi həmin videokonfrans formatında iclasa qoşulmağa dəvət edirəm”.

T. Budaqov bildirib ki, qələbədən sonra YAP-la əməkdaşlığa cəhd edən ölkələrin sayı artıb: “Regionda türk dövlətləri ilə ikitərəfli əlaqələrin formalaşması istiqamətində mühüm addımlar atılacaq. Çin tərəfi diplomatik kanallar vasitəsilə bizimlə videokonfrans formatında görüşmək istəyir. Çin Kommunist Partiyasının yüksək ranqlı məmuru tərəfindən bu görüş istəyi bizə çatdırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR