Zahid Oruc beynəlxalq təşkilatları Azərbaycana qarşı qərəzli olmaqda günahlandırıb

Zahid Oruc

© APA | Zahid Oruc

# 29 oktyabr 2021 11:42 (UTC +04:00)

“Vətən müharibəsində qələbədən sonra ölkəmizi aşağı reytinqlərdə göstərən, ənənəvi nifrət ideologiyası ilə hərəkət edən beynəlxalq təşkilatların davranışlarında müəyyən dəyişikliyin olacağını gözləyirdik. Dünyada ədalət etalonu sayılmayan “Freedom House”un bu həftə Azərbaycan haqqında verdiyi qiymətləndirmə və onunla eyni dalğada “The National İnterest” dərgisində ölkəmiz əleyhinə dərc olunan böhtan xarakterli məqalədən sonra tam bir həqiqəti dərk edirsən-dövlətimizi 160-cı, 170-ci yerlərdə göstərənlər işğalçılıq siyasətinin ideoloqları, lobbiçilər və xəfiyyə mərkəzləridir”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Z. Oruc ölkədə seçki sistemini təkmilləşdirməyə ehtiyac olduğunu bildirib: “Eləcə də qanunların pis işləməsi, vətəndaş hüquqları, hökumətin korrupsiya ilə mübarizəsində problemləri, ilk növbədə, prezident dəfələrlə qeyd edir, 2019-cu ildən başlanan yeni hakimiyyət quruculuğunun məhz xalq üçün ədalətli idarəçilik olduğu vurğulanır. Lakin dövlətlərin azadlıq indeksini çıxaran bir təşkilatın və Dmitri Sayms adlı ziddiyyətli fiqurun, onun rəhbərlik etdiyi informasiya qurumunun ölkəmizi “Həmas”ın idarə etdiyi Qəzza bölgəsi ilə, yaxud repressiyalara məruz qalan hüsilərin yaşadığı Yəmənlə müqayisə etməsi qəbuledilməzdir”.

Z. Oruc qeyd edib ki, ölkəmizin Böyük Britaniya ilə yüksək əlaqələrini yalnız BP-yə bağlamaq, Çinlə artan əməkdaşlığın Azərbaycana BMT-də verdiyi həlledici üstünlüyü qəbahət kimi qələmə vermək, İsraillə uzun illərin partnyorluğunu “neft əvəzinə silah” adlandırmaq, eləcə də dünyəvi Azərbaycanda din adamlarının “sıxışdırılması”na Amerikanın “dözməsini” İrana qarşı planlarla əlaqələndirmək “The National İnterest” və ona informasiya dəstəyi verən platformaların özlərinin azad olmadığını göstərir.

“İşğala son qoyan yeganə bir xalqın bundan sonra fundamental hüquq və azadlıqların təminatı, sülhə töhfəsini görməmək və dünyada 57-yə yaxın etnik, milli və dövlətlərarası münaqişələrdən birinin həll olunması, 82 milyon qaçqının siyahısının azalmasını vurğulamamaq, yalnız məhbuslar mövzusuna köklənmək Amerika təşkilatlarını inkvizisiya məhkəmələrinə oxşadır. Məgər Azərbaycan torpaqlarının azadlığı ən böyük reytinqlərə layiq deyil?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR