18 saylı Nərimanov-Nizami Seçki Dairəsində bir məntəqənin nəticələri ləğv edilib

18 saylı Nərimanov-Nizami  Seçki Dairəsində bir məntəqənin nəticələri ləğv edilib
# 23 fevral 2020 19:59 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən namizədliyi qeydə alınmış Namik Niftiyev, Vüqar Həsənov, Oqtay Qasımov, Gündüz Sadıqovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, müraciətlər bir icraatda birləşdirilib. Araşdırma nəticəsində 10 saylı seçki məntəqəsində səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub: “Təklif edirəm ki, bu məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, bir seçki məntəqəsində (10 saylı seçki məntəqəsi) səsvermənin nəticələri etibarsız sayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR