68 saylı Cəlilabad Kənd Seçki Dairəsi üzrə şikayət əsassız sayılıb

68 saylı Cəlilabad Kənd Seçki Dairəsi üzrə şikayət əsassız sayılıb
# 22 fevral 2020 18:09 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 68 saylı Cəlilabad Kənd Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Sakit Mirişovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

T. Həsənov bildirib ki, müvafiq dairə seçki komissiyasının (DSK) qərarı ilə razılaşmayan S. Mirişov müraciətində səsvermə günü müşahidəçilərə müşahidə üçün imkan yaradılmadığını, digər qanun pozuntularına yol verildiyini iddia edib. Müraciət 30 seçki məntəqəsini əhatə edib.

T. Həsənov araşdırma üçün MSK-ya aktların surətinin təqdim edildiyini nəzərə çatdırıb və MSK-nın DSK-nın qərarını qüvvədə saxlamasını təklif edib.

MSK müraciəti təmin etməyib.

Qeyd edək ki, bu dairə üzrə lider namizəd Elman Nəsirovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR