ATƏT PA-nın xüsusi nümayəndəsi: "Müşahidələrlə bağlı ilkin hesabat sabah təqdim olunacaq"

ATƏT PA-nın xüsusi nümayəndəsi: "Müşahidələrlə bağlı ilkin hesabat sabah təqdim olunacaq"
# 09 fevral 2020 12:02 (UTC +04:00)

"İlkin təəssüratlarım budur ki, biz seçki məntəqlərində yaxşı qarşılandıq. Biz məcburi köçkünlər üçün təşkil olunan səsvermə məntəqələrində olduq. Burada müstəqil müşahidəçilər, namizədlərin müşahidəçiləri öz müşahidələrini aparırlar".

APA-nın xəbərinə görə, bunu ATƏT PA-nın xüsusi nümayəndəsi Andreas Notelle deyib.

Xüsusi nümayəndə bildirib ki, səhər seçki başlayandan 6 seçki məntəqəsində olub: "Bu gün digər müşahidə missiyalarının nümayəndələri ilə müzakirələr aparacağıq. Həmçinin Mərkəzi Seçki Komissiyasının müşahidəçiləri ilə görüşümüz gözlənilir".

Xüsusi nümayəndə deyib ki, sabah müşahidələrlə bağlı ilkin hesabat təqdim olunacaq: "Deyə bilərəm ki, bu hesabat kifayət qədər uzun, təxminən 15 səhifədir. Yekun hesabat isə seçkidən bir neçə həftə sonra dərc olunacaq və orada tövsiyələr yer alacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR