Amerikalı general Dağlıq Qarabağ müharibəsində dronlardan istifadədən nəticələr çıxarmağa çağırıb

Amerikalı general Dağlıq Qarabağ müharibəsində dronlardan istifadədən nəticələr çıxarmağa çağırıb
# 22 aprel 2021 16:12 (UTC +04:00)

ABŞ Ordusunun Avropadakı keçmiş komandanı, təqaüddə olan general-leytenant Ben Hodges deyib ki, artıq hökumətlər nisbətən ucuz, kiçik pilotsuz aparatların gələcək münaqişələrdə səmərəli istifadə olunduğunu bilirlər.

APA-nın xəbərinə görə, bu barədə "Defenc News" jurnalı yazıb.

"Son yeddi ildə Rusiya qüvvələrinin Ukraynaya qarşı hərəkətlərini izləyərək çox şey öyrəndik", - deyə Hodges bildirib.

O qeyd edib ki, ABŞ ordusu bu müşahidələri nəticəsində təlim ssenarilərində böyük ölçüdə dəyişiklik edib: “Bu, Dağlıq Qarabağdakı son münaqişədən sonra daha da sürətləndi”.

General deyib ki, Rusiya pilotsuz aparatları Ukrayna bölmələrini əsgərlərin mobil telefon siqnalları və yer məlumatlarını görünmədən yayan digər avadanlıqlar vasitəsilə tapırdılar: “Elektron vasitələr Dağlıq Qarabağ müharibəsində də oxşar rol oynadı".

Erməni tanklarını vuran Azərbaycan dronlarının videosunu "dron porno" adlandıran general-leytenant bu videolardan səhv dərslər çıxarmaq riskinin (tankların işə salınmaması təklifi) olduğunu da deyib.

"Deyərdim ki, əsl dərs odur ki, biz kamuflyaj və dispersiyada uğurlu olmalıyıq. Qoşunları və texnikanı yalnız vizual aşkarlanmadan deyil, həm də istilik və elektromaqnit siqnalları qəbul edən sensorlar tərəfindən aşkarlanmadan gizlətməliyik", - deyə general vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR