Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
# 15 sentyabr 2020 20:04 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

APA xəbər verir ki, iclasda AİH-nin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının Prezidentinin 07 avqust 2020-ci il tarixli Fərmanından irəli gələn tapşırıqlar ətraflı müzakirə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təşkil olunması istiqamətində görülmüş işlər barədə hesabat dinlənilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 07 avqust tarixli 1120 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflər müzakirə olunub.

AİH-in fəaliyyət prinsipləri və dövlət üçün iqtisadi dəyərin yaradılması mövzusunda təqdimat dinlənilib və müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR