Azərbaycan QHT-ləri BMT TŞ-yə, həmsədr ölkələrə müraciət ünvanlayıb

Azərbaycan QHT-ləri BMT TŞ-yə, həmsədr ölkələrə müraciət ünvanlayıb
# 27 sentyabr 2020 14:11 (UTC +04:00)

Azərbaycanın qeyri-hökumət təşkilatları BMT-nin Təhlükəsizlik Şurasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, ABŞ Prezidenti Donald Trampa, Rusiya Prezidenti Vladimir Putinə, Fransa Prezidenti Emanuel Makrona müraciət ünvanlayıb.

APA-nın məlumatına görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında "İctimai Liderlər Platforması"nın müraciətində qeyd olunur:

“27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə etməklə Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Ermənistanın bütün cəbhə boyu təşkil etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan ordusunun əsgərləri və cəbhəyanı ərazilərdə yaşayış məntəqələri və mülki əhali hədəfə alınıb. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barəsində məlumatlar var, vətandaşların mülkiyyətinə ciddi ziyan dəyib.

Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır.

Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun müddət hazırlaşdığı və bu gün başlatdığı Azərbaycana qarşı hücumu hazırda bütün cəbhə boyu davam edir. Bu beynəlxalq hüququn ayaqlar altına atılması və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır.

Əgər bu ilin iyul təcavüzünə görə işğalçı Ermənistanın qanunsuz əməllərinə beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Human Right Watch, Amnesty İnternational, Freedom House və digərləri tərəfindən adekvat qiymət verilsəyidi və təcavüzkar cəzalandırılsaydı, indi biz Ermənistanın növbəti təcavüzünün şahidi olmazdıq.

Buna görə də, biz, bu bəyanata imza atan, siyasi mövqeyindən asılı olmayaraq Azərbaycanın bütün qeyri-hökumət təşkilatları sizlərə müraciət edir və Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq.

Ermənistanın müharibə cinayətlərinin davam etməsinə, Azərbaycana qarşı başladığı yeni hərbi təcavüzə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrini yerinə yetirmədiyinə görə beynəlxalq ictimaiyyət və sizlər də məsuliyyət daşıyırsınız".

Azərbaycanın "İctimai Liderlər Platforması"nın üzvləri:

Rauf Zeyni - Milli Qeyri-Hökumət Təşkilatları Forumu

Sabit Bağırov- Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

Umud Mirzəyev -Beynəlxalq Avrasiya Mətbuat Fondu

Əliməmməd Nuriyev - Konstitusiya Araşdırmalar Fondu

Sahib Məmmədov - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

Novela Cəfərova - D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti

Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi

Səltənət Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

Qorxmaz İbrahimli - Biosfer İctimai Birliyi

Əvəz Həsənov - Humanitar Tədqiqatlar İctimai Birliyi

Əziz Ələkbərov - Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi

İsrayıl İsgəndərov - "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi

Vüqar Bayramov - İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

Çingiz Qənizadə - Demokratiya və İnsan Hüquqlari Komitəsi

Məhərrəm Zülfüqarlı - İctimai Problemlərin Tədqiqi Assosiasiyası

Kamil Səlimov - "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi

Fuad Məmmədov - "Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”

Eyyub Hüseynov - "Azad İstehlakçılar" İctimai Birliyi

Tənzilə Rüstəmxanlı - Azəri Türk Qadinlar Birliyi

Mirvari Qəhrəmanova - Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi

Şəmistan Əlizamanlı - "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi

Akif Nağı - Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi

Osman Gündüz - Multimediya Sistemləri İctimai Birliyi

Mayis Əliyev- Sosial Hüquqların Araşdırılması

İradə Rizazadə- "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi

Bahar Qasımova- "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi

Məlahət İbrahimqızı- "Lider Qadınlar" İctimai Birliyi

Fizüli Rzaquliyev - Vətən Müharibəsi Veteranları İctimai Birliyi

Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi

Mehriban Zeynalova - Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi

Əhməd Abbasbəyli- "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi

Nəsiman Yaqublu - Tarix və Mətbuat Araşdırmalarına Dəstək

Şahin Rəcəbov - "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi

Aydın Əbilov -"Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi

Fikrət Yusifov - Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

Elçin Hüseynov - "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi

Aydın Kərimov- Müstəqil Hüquq Mərkəzi

Əhməd Qəşəmoğlu - Tərəqqi və Demokratiya İctimai Birliy

Hafiz Həsənov - Hüquq və İnkişaf İctimai Birliyi

Mirəli Hüseynov - Demokratiyanı Öyrənmə İctimai Birliyi

Şəmsəddin Əliyev - Polisə Dəstək İctimai Birliyi

Asif Əsgərli - Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

Emin Həsənli - Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi

İlqar Orucov - Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR