Azərbaycanda daha 4 partiya maliyyə hesabatını MSK-ya təqdim edib

Azərbaycanda daha 4 partiya maliyyə hesabatını MSK-ya təqdim edib
# 20 aprel 2021 18:20 (UTC +04:00)

Azərbaycanda daha 4 partiya tərəfindən maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

APA-nın məlumatına görə, Azərbaycan Demokrat Partiyası, Müasir Musavat Partiyası, Respublikaçı Alternativ (REAL) PartiyasıMilli Həmrəylik Partiyası (MHP) maliyyə hesabatını MSK-ya təqdim edib.

Bununla da MSK-ya hesabat təqdim edən siyasi partiyaların sayı 45-ə çatıb.

Qeyd edək ki, siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR