Azərbaycanda korrupsiya risklərinin qarşısının alınmasına dair metodologiya hazırlanacaq

Azərbaycanda korrupsiya risklərinin qarşısının alınmasına dair metodologiya hazırlanacaq
# 27 fevral 2020 18:00 (UTC +04:00)

Azərbaycanda korrupsiya risklərinin müəyyən edilməsinə, təhlilinə və qarşısının alınmasına dair metodologiya hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, Baş Prokurorluq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 2020-ci ildə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, korrupsiya risklərinin müəyyən edilməsinə, təhlilinə və qarşısının alınmasına dair metodologiyanın hazırlanmasını təmin etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları və dövlət adından yaradılmış publik hüquqi şəxslərə 2020-2022-ci illərdə dövlət qurumları tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı illik tədbirlər planlarının hazırlanması, həmin tədbirlər planlarının icrası barədə hesabatın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR