“Azərkosmos”, “Aztelekom” və “Bakı Telefon Rabitəsi” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılıb

“Azərkosmos”, “Aztelekom” və “Bakı Telefon Rabitəsi” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılıb
# 27 aprel 2021 11:38 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilib.

APA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmana əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR