Bir qrup Ağdam sakini Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

Bir qrup Ağdam sakini Şəhidlər Xiyabanını ziyarət edib  - FOTO
# 20 noyabr 2020 13:29 (UTC +04:00)

Bu gün Ağdamın işğaldan azad edilməsi münasibətilə bir qrup Ağdam sakini Şəhidlər Xiyabanını ziyarət edib.

APA-nın məlumatına görə, ziyarətçilər əbədi məşəli önünə gül dəstələri qoyub, öz ürək sözlərini səsləndiriblər.

Bildirilib ki, bu gün Azərbaycan tarixinə yazılacaq gündür. Qeyd edilib ki, bu gün bütün dünya Azərbaycan ordusunun nəyə qadir olduğunu gördü:

"Bu gün bura Ağdamın işğaldan azad edilməsi münasibətilə yığışmışıq. Bu 28 illik işğal müddətində Ağdamın qayıtmayacağına bir an belə şübhə etmədik. Ağdamın uğrunda döyüşlərdə 7000-dən çox şəhid vermişik. Bu gün onların ruhları qarşısında baş əyirik. İnanırıq ki, tezliklə Ağdamda əvvəlkindən də gözəl quruculuq işləri aparılacaq, Ağdam əvvəlkindən də gözəl olacaq".

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra şəhidlərin məzarları ziyarət edilib, məzarları önünə gül dəstələri düzülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR