Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovu təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovu təbrik edib
# 05 fevral 2020 01:37 (UTC +04:00)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Xalq artisti Əlibaba Məmmədovun 90 illik yubileyi və “Şərəf” ordeni alması münasibətilə paylaşım edib.

APA xəbər verir ki, paylaşımda deyilir: “Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova bütün xalqımızın böyük sevgi və hörmətini qazandırmışdır. Zəngin təcrübəsindən istifadə edərək yeni xanəndələr nəslinin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən Əlibaba Məmmədovun muğam ifaçılığı məktəbinin inkişaf etdirilməsində böyük xidmətləri var.

Bu əlamətdar gündə sevimli xanəndəmizə ən xoş arzularımı çatdırır, ona möhkəm cansağlığı və doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR