Deputat: “Baydenin yaşının elə dövrüdür ki, o, ancaq dünyada sülh üçün çalışmalıdır”

Deputat: “Baydenin yaşının elə dövrüdür ki, o, ancaq dünyada sülh üçün çalışmalıdır”
# 27 aprel 2021 11:45 (UTC +04:00)

“ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Co Baydeni yuxulu Co adlandırırdı. Doğrudan da Baydenin yuxudan ayılmasına böyük ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, biz ABŞ-ın bu mövqeyini daha öncə də görmüşdük: “ABŞ erməniərin Azərbaycan torpaqlarını işğal etməsinı, azərbaycanlılara qarşı soyqırımlara heç bir münasibət bildirmədi. Əksinə Azərbaycan 90-cı illərdə bəzi torpaqlarını azad edəndə 807-ci düzəlişi etdilər”.

Q.Həsənquliyevin sözlərinə görə, Baydenin yaşının elə dövrüdür ki, o, ancaq dünyada sülh üçün çalışmalıdır: “Əgər onlar Paşinyana dəstək vermək istəyirdilərsə, bunu başqa cür edə bilərdilər. Fransa senatının açıqlamaları, Baydenin bu çıxışı göstərir ki, artıq onlar vasitəçilik missiyasını itiriblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR