Deputat: “Jakie Spairin müəllifi olduğu qətnamə layihəsi Avropanın regional təhlükəsizlik maraqlarına ziddir”

#
# 11:11
6 oktyabr 2020

“Jakie Spairin müəllifi olduğu qətnamə layihəsi nəinki Azərbaycanın, eyni zamanda Avropanın regional təhlükəsizlik maraqlarına ziddir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Kamal Cəfərov bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, çünki Dağlıq Qarabağda olan illeqal rejim Mingəçevirdəki su anbarını, eyni zamanda, enerji əhəmiyyətinə malik olan TAP, TANAP layihələrinin keçdiyi rayonları vuracaqlarını iddia edirlər:

“Hesab edirəm ki, bu cür təhdidlər Avropa ölkələrinin də maraqlarına ziddir. Buna görə də digər ölkələrdə bu prosesdə aktiv iştirak etsinlər. Azərbaycan vətəndaşları ilə birlikdə bu qətnamənin qəbul olunmasının qarşısını alsınlar”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR