Deputat: “Milli Məclis Fransanın həmsədrliyinin qəbuledilməzliyi ilə bağlı xüsusi sənəd qəbul etməlidir”

Deputat: “Milli Məclis Fransanın həmsədrliyinin qəbuledilməzliyi ilə bağlı xüsusi sənəd qəbul etməlidir”
# 20 noyabr 2020 11:55 (UTC +04:00)

Bir sıra dövlətlər noyabrın 10-da imzalanmış bəyanatı qəbul etmək istəmir. Dövlət başçısı bir daha dünyaya sübut etdi ki, Azərbaycan qalib dövlətdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, Fransa tarixboyu Ermənistanın yanında olub: “Bu gün də onların mövqeyi aydın göstərir ki, Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz. Səməd Seyidovdan xahiş edərdim ki, Milli Məclis bununla bağlı xüsusi bəyanat qəbul etsin. Bunun üçün sənəd hazırlansın. Fransanın ATƏT-in Minsk Qrupu kimi həmsədrliyinin qəbuledilməzliyi bu sənəddə əksini tapmalıdır. Artıq ciddi işlər görmək lazımdır”.

Deputat təklif edib ki, azad olunmuş ərazilərdə idarəetmənin aydınlaşması birinci məsələ olsun: “Mən Azərbaycan vətəndaşı kimi istərdim ki, Azərbaycan bayrağı Xocalıda, Xankəndidə, Xocavənddə dalğalansın. Bunun üçün vaxt lazım olduğunu bilirəm. Ancaq bu rayonlarda da tezliklə dövlət bayrağımızın dalğalanması üçün Prezidentimizlə, bərabər Milli Məclis də siyasi iradə ortaya qoymalıdır. Dövlət başçımızın siyasi iradəsi nəticəsində bayrağımız artıq Ağdamda, Laçında, Kəlbəcərdə dalğalanacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR