Deputat: “Məzahir Pənahov MSK-da şəffaflıq baxımından çox böyük işlər görür”

Deputat: “Məzahir Pənahov MSK-da şəffaflıq baxımından çox böyük işlər görür”
# 27 aprel 2021 12:06 (UTC +04:00)

“Uzun illərdir ki, Azərbaycanda çox gözəl Mərkəzi Seçki Komissiyası formalaşıb. Burada fəaliyyət göstərən insanlar kifayət qədər savadlı və bilikli insanlardır. Seçki Məcəlləsinin tələblərini çox yaxşı həyata keçirən insanlardır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, 6 parlament seçkisi zamanı YAP-ın səlahiyyətli nümayəndəsi kimi MSK ilə mütəmadi ünsiyyət olub: “Hər bir siyasi partiya üçün bərabər şəraitin yaradılması, hər bir siyasi partiyanın nümayəndələrinin demokratik şəkildə seçilməsi üçün yaradılan şəraitin şahidi olmuşuq. Azərbaycanda unikal addımdan biridir ki, DSK-ların daimi binaları, işçiləri var. Onlar tərəfindən seçicilərin siyahısının dəqiqləşdirilməsi ağır işdir. Siyasi partiyalar hər 3 aydan bir MSK-ya hesabat verir. Bu da şəffaflığın təmin olunmasının göstəricisidir. Əfsuslar olsun ki, bir sıra partiyaların fəaliyyəti də, hesabatı da qaranlıqdır. Onlar bu günə qədər MSK-ya hesabat vermir. Onlar Azərbaycanın apardığı uğurlu siyasətə həm xaricdə, həm də daxildə kölgə salmağa çalışır. AXCP kimi partiyalar bu günə qədər maliyyə hesabatlarını təqdim etmir. Onlar öz maliyyə vəziyyətlərini gizlədir. Gələcəkdə “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikdə bunu istisna hal kimi salmalıyıq və MSK-ya hesabat təqdim etməyən partiyalarla bağlı müvafiq qərar vermək səlahiyyəti formalaşdırmalıyıq”.

Deputat qeyd edib ki, Məzahir Pənahov 20 ilə yaxındır, MSK-ya rəhbərlik edir: “Orada şəffaflıq baxımından çox böyük işlər görür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR