Deputat müraciətlərinin vaxtında və hərtərəfli cavablandırılması məqsədilə əlaqələndirici şəxslər müəyyən edilib

Deputat müraciətlərinin vaxtında və hərtərəfli cavablandırılması məqsədilə əlaqələndirici şəxslər müəyyən edilib
# 14 oktyabr 2020 20:29 (UTC +04:00)

Deputat müraciətlərinin vaxtında və hərtərəfli cavablandırılmasının təmin edilməsi məqsədilə 154 dövlət orqanında (qurumunda) rəhbər müavini səviyyəsində əlaqələndirici şəxslər müəyyən edilib.

APA-nın məlumatına görə, Prezident Administrasiyası ilə Milli Məclisin deputatları arasında keçirilən növbəti görüşdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

O bildirib ki, dövlət başçısının göstərişinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirilən görüşlərdə, habelə yerli icra hakimiyyəti başçılarını qəbul edərkən bu məsələləri xüsusi diqqətə çatdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR