Deputat şəhidlərin adının əbədiləşdirilməsi ilə bağlı qərara yenidən baxılmasını təklif edib

#
# 13:22
13 aprel 2021

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin, qazilərin problemlərinin həllini diqqət mərkəzində saxlayır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib.

Deputat bildirib ki, həsrətlə gözlədiyimiz Qarabağ şəhidlərimizin qanı-canı bahasına azad edilib: “Bu gün şəhid valideynlərinin əsas istəyi övladlarının adının unudulmamasıdır. Şəhid valideynləri öz övladlarının adlarının yaşadıqları ərazidə məktəblərə, küçələrə verilməsini istəyirlər, bunun üçün bizə müraciətlər olur. Lakin bu sahədə olan qərara əsasən, azı 2 ordenlə təltif olunan şəhidlərin adlarının əbədiləşdirilməsi mümkündür. Mövcud qərar 1990-cı illərin əvvəllərində qəbul edilib. Bu qanunun təkmilləşdirilərək mövcud meyarlara yenidən baxılmasını təklif edirəm. Rayonlarda, bölgələrdə yeni məktəblər, uşaq bağçaları açılır. Bu yerlərə şəhidlərimizin adları verilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR