Deputatlığa namizəd Rauf Arifoğlunun seçki qərargahının geniştərkibli iclası keçirilib - FOTO

Deputatlığa namizəd Rauf Arifoğlunun seçki qərargahının geniştərkibli iclası keçirilib - FOTO
# 11 yanvar 2020 21:09 (UTC +04:00)

35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd, Rauf Arifoğlunun seçki qərargahının geniştərkibli iclası keçirilib.

APA xəbər verir ki, 100-dən çox qərargah üzvünün iştirak etdiyi toplantıda bu günə qədər həyata keçirilən işlər barədə məlumat verilib, gələcək planlardan danışılıb. İctimai-siyasi xadimlərdən və sakinlərdən ibarət qərargah üzvləri iclasda öz təkliflərini də dilə gətiriblər.

İclasda seçki qərargahının rəhbəri, tanınmış jurnalist Çingiz Özgür, deputatlığa namizəd Rauf Arifoğlunun vəkili və seçki platformasının həmmüəlliflərindən biri, sabiq maliyyə naziri Saleh Məmmədov, Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon təşkilatının sədri Sabit Kazımov, Xətai rayonunda yerləşən Mir Tağı məscidinin dini icmasının sədri Seyyid Mir Cəfər Ağa və digər qərargah üzvləri çıxış edib.

Qərargahın iclası təkliflərin dinlənilməsi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR