Deputatlığa namizədliyini geri götürənlərin sayı 312 nəfərə çatıb

Deputatlığa namizədliyini geri götürənlərin sayı 312 nəfərə çatıb
# 31 yanvar 2020 08:00 (UTC +04:00)

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 312 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Başqa sözlə, yanvarın 30-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərdən daha 10 nəfər namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədlərin sayı 1325 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR