Deputatlığa namizədlərin sayı 557 nəfərə çatıb

Deputatlığa namizədlərin sayı 557 nəfərə çatıb
# 07 yanvar 2020 17:00 (UTC +04:00)

Azərbaycanda 2020-ci il fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2330 nəfər müraciət edib.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

M. Pənahov bildirib ki, müraciət edən şəxslərdən 2075 nəfər imza vərəqələrini götürüb: “874 nəfər imza vərəqələrini qaytarıb, 557 nəfərin isə deputatlığa namizədliyi isə qeydə alınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR