Dövlət Gerbinin vurulmasına və istifadəsinə dair yeni tələblər müəyyənləşib

Dövlət Gerbinin vurulmasına və istifadəsinə dair yeni tələblər müəyyənləşib
# 31 yanvar 2020 18:38 (UTC +04:00)

Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları və onların strukturuna daxil olan qurumlar, Mərkəzi Bank, Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli icra hakimiyyəti orqanlarının binalarına Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsviri vurulacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 aprel tarixli 627 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Dövlət gerbinin təsvirindən Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının rəsmi nəşrlərində və Azərbaycan Respublikasının sərhəd nişanlarında istifadə olunacaq.

Fərmana əsasən, Hesablama Palatasının və prokurorluq orqanlarının binalarına Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin vurulması tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR