GUAM Parlament Assambleyasının müşahidə missiyası: "Seçkilər azad və ədalətli keçirilib"

GUAM Parlament Assambleyasının müşahidə missiyası: "Seçkilər azad və ədalətli keçirilib"
# 10 fevral 2020 10:41 (UTC +04:00)

"Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər azad və ədalətli şəkildə keçirilib".

APA-nın məlumatına görə, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar keçirilən mətbuat konfransında GUAM Parlament Assambleyasının müşahidə missiyasının üzvü, ukraynalı deputat Maryan Zablotskiy deyib.

Onun sözlərinə görə, Azərbaycan parlamentinə seçkilər beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyə uyğun şəkildə həyata keçirlib: "Seçicilərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb".

M.Zablotskiy GUAM Parlament Assambleyasının müşahidə missiyasının müşahidə aparılan məntəqələrdə heç bir pozuntu hallarına rast gəlinmədiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR