“İnsanların müstəqil şəkildə öz seçimlərini etmələri üçün hər cür şərait yaradılıb”.
Bunu APA-ya Gürcüstan parlamentinin deputatı Tamaz Naveriani deyib.
29 saylı Səbail Seçki Dairəsinin 4 saylı məntəqəsində seçki prosesini izləyən T. Naveriani bildirib ki, hər şey yüksək səviyyədə təşkil olunub.
“Xarici müşahidəçilərin prosesi izləməsi üçün bütün müvafiq addımlar atılıb. Hər şeydən məmnunuq. Hələlik heç bir qayda pozuntusu qeydə almamışıq”, - deyə o vurğulayıb.