Hazırda deputatlığa namizədlərin sayı 1315 nəfərdir - YENİLƏNİB

Hazırda deputatlığa namizədlərin sayı 1315 nəfərdir - YENİLƏNİB
# 07 fevral 2020 11:32 (UTC +04:00)

Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfər deputatlığa namizədliyini geri götürüb, MSK 1 nəfərin deputatlığa namizədliyini ləğv edib.

APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, hazırda deputatlığa namizədlərin sayı 1315 nəfərdir.

***

08.10

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 319 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 1 nəfərin deputatlığa namizədliyini ləğv edib.

Hazırda deputatlığa namizədlərin sayı 1317 nəfərdir.

Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR