Hikmət Hacıyev: “Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması üçün plan hazırlanmalıdır”

Hikmət Hacıyev: “Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması üçün plan hazırlanmalıdır”
# 10 oktyabr 2020 15:21 (UTC +04:00)

“Ermənistan Azərbaycanı işğal və qondarma rejimi qəbul etdirmək istəyirdi”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycanla heç kim şərtlə danışa bilməz: “Amma bir daha deyirəm ki, humanitar məqsədlə elan olunan atəşkəs Ermənistan tərəfindən pozulur. Eyni zamanda atəşkəs sülh deyil, sülhə nail olunması üçün vasitədir. Biz yenə də görürük ki, Ermənistan rəhbərliyi bu məqsədin təhrif olunması istiqamətində fəaliyyət göstərir, Ermənistan Xarici İşlər Nazirliyi də bu yöndə cəhd edir. Ermənistanı sülhə məcburetmə əməliyyatı ilə Ermənistan özü danışıqlar prosesinə gəldi və müvəqqəti atəşkəs haqqında sənəd qəbul edildi. Bir daha Ermənistanın işğalçı siyasəti təsbit edilmiş oldu”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, yekun hədəf Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasıdır: “Bütün beynəlxalq ictimaiyyət gördü ki, xalqımız səfərbərdir. Prezidentin yürütdüyü siyasətdə Azərbaycanın maraqları ən ali maraqlardır. Bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin üzərinə düşən odur ki, nəticəyönümlü, spesifik ideallar nəzərə alınmaqla danışıqlar davam etdirilməlidir. Yəni Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması üçün plan hazırlanmalıdır. Bugünkü siyasi dinamika bu nəticəyə istiqamətləndirilməlidir. Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmayana qədər Cənubi Qafqazda sülh təmin oluna bilməz. Həmsədr ölkələr səylərini daha da səfərbər etməli, işğal olunmuş ərazilərdən Ermənistan qoşunları çıxarılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR