İlham Əliyev: “Erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Azərbaycanın dəmir yumruğu yenə onların belini qıracaq”

İlham Əliyev: “Erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Azərbaycanın dəmir yumruğu yenə onların belini qıracaq”
# 10 dekabr 2020 14:32 (UTC +04:00)

“Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində əmri gözləyirdi, Ali Baş Komandanın əmrini gözləyirdi”.

APA-nın məlumatına görə, bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Ali Baş Komandan qeyd edib ki, dəfələrlə Azərbaycan xalqına müraciət edəndə biz daha güclü olmalıyıq deyirdi: “Və nəyi, necə, nə vaxt etmək lazımdır biz bilirik. Və həyat bunu göstərdi ki, vaxtı-vaxtında atılmış addımlar bütün gücümüzü səfərbər edib, bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Və bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycan müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi. Ermənistanı məğlub etdi. Ermənistan Ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Yenə Azərbaycanın dərmir yumruğu onların belini qıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR