Konstitusiya Məhkəməsi MM-ə növbədənkənar seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləyəcək

Konstitusiya Məhkəməsi MM-ə növbədənkənar seçkilərin yekunlarını 10 gün ərzində təsdiqləyəcək
# 25 fevral 2020 16:32 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyası tərəfindən 2020-ci il fevralın 9-a keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar seçkilərin ümumi yekunlarına dair protokolu təsdiq ediləcək, seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilən sənədlər Konstitusiya məhkəməsinə təqdim ediləcək.

APA-nın məlumatına görə, bu məsələ bu gün MSK-nın iclasının gündəliyinə daxil edilib.

MSK Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri təqdim etdikdən sonra Konstitusiya Məhkəməsi 10 gün ərzində seçkilərin yekunlarını və nəticələrini yoxlayacaq.

Qeyd edək ki, MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR