Konstitusiya Məhkəməsinin Plenumu xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək

Konstitusiya Məhkəməsinin Plenumu xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək
# 27 fevral 2020 17:50 (UTC +04:00)

Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə daxil olub.

Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Konstitusiya Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək.

Plenumun hansı tarixə təyin edilməsi barəsində kütləvi informasiya vasitələrinə əlavə olaraq rəsmi məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR