MDB dövlətlərinin əqli mülkiyyət sahəsi ilə bağlı Sazişi qeyd-şərtlə təsdiqlənib

MDB dövlətlərinin əqli mülkiyyət sahəsi ilə bağlı Sazişi qeyd-şərtlə təsdiqlənib
# 29 oktyabr 2020 18:12 (UTC +04:00)

Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiq edib.

APA-nın məlumatına görə, qanuna əsasən, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Aşqabad şəhərində keçirilmiş 2019-cu il 31 may tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR