MM ölkə ərazisində hərbi vəziyyətin, bəzi şəhər və rayonlarında isə komendant saatının tətbiqi barədə qərar qəbul edib - YENİLƏNİB-2

MM ölkə ərazisində hərbi vəziyyətin, bəzi şəhər və rayonlarında isə komendant saatının tətbiqi barədə qərar qəbul edib - YENİLƏNİB-2
# 27 sentyabr 2020 17:55 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında ölkə ərazisində hərbi vəziyyətin tətbiq edilməsi, bəzi şəhər və rayonlarında komendant saatının elan olunması barədə qərar qəbul edilib.

Bu barədə APA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu qərar Azərbaycan Prezidenti tərəfindən 48 saat müddətində təsdiq ediləcək: “Nəhayət, Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad olunması vaxtı gəlib çatıb. Müvafiq şəhər və rayonlarda yaşayan əhalini hərbi vəziyyətin və komendant saatının tələblərinə uymağa çağırırıq”.

Deputat qeyd edib ki, komendant saatı elan edilməsi ilə bağlı vəziyyət DİN-in səlahiyyətinə verilib: “Müvafiq şəhər və rayonlarda komendant saatı da tətbiq olunacaq”.

***

17.43

Milli Məclisin bu gün çağırılan təcili iclasında ölkədə hərbi vəziyyətin elan edilməsi məsələsi müzakirə olunur.

APA-nın məlumatına görə, müzakirələrin sonunda müvafiq qərar qəbul olunacaq.

***

17.15

Milli Məclisin təcili iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı və Azərbaycanın uğurlu əks-hücum əməliyyatı müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR