MM-də Xocalının Quşçubaba kəndinin Baharlı adlandırılması ilə bağlı qanun layihəsini qəbul edib

MM-də Xocalının Quşçubaba kəndinin Baharlı adlandırılması ilə bağlı qanun layihəsini qəbul edib
# 20 noyabr 2020 12:55 (UTC +04:00)

Milli Məclisdə “Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsini Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edib.

S. Novruzov bildirib ki, “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunub: “Xocalı rayonu ərazisində yerləşən Quşçubaba kəndin adı dəyişdirilərək həm coğrafi baxımdan həm də Azərbaycan leksikonuna uyğun olaraq ölkə Prezidentinin təşəbbüsü ilə Baharlı adı verilib. Bu, Azərbaycanın zəfərini ifadə etmək baxımından böyük önəm daşıyır”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR