MSK 91 saylı Ucar Seçki Dairəsində daha bir məntəqədə seçkinin nəticələrini ləğv edib

MSK 91 saylı Ucar Seçki Dairəsində daha bir məntəqədə seçkinin nəticələrini ləğv edib
# 24 fevral 2020 21:41 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Kazım Məmmədovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.  

MSK 91 saylı Ucar Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bundan öncə bu dairənin 18 və 38 saylı seçki məntəqələrində seçkinin nəticələri ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR