MSK-nın yeni tərkibdə ilk iclasının vaxtı məlum olub - YENİLƏNİB

MSK-nın yeni tərkibdə ilk iclasının vaxtı məlum olub - <span class=YENİLƏNİB'>
# 27 aprel 2021 13:42 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclasının vaxtı məlum olub.

APA-nın məlumatına görə, iclas bu gün saat 16:00-da keçiriləcək.

İclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılacaq.

***

12.02

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi” barədə qərar qəbul edilib və MSK-nın yeni tərkibi müəyyənləşib.

APA-nın məlumatına görə, prosedura əsasən, parlament yeni tərkibi təsdiqlədikdən sonra MSK-nın keçirilən ilk iclasında qurumun sədri, sədr müavini və katibləri seçilir.

Qeyd edək ki, MSK sədri Məzahir Pənahov, MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri - Arifə Muxtarova və Mikayıl Rəhimli olublar.

Məzahir Pənahov və Rövzət Qasımov YAP-ın, Arifə Muxtarova bitərəf deputatların, Mikayıl Rəhimli parlamentdə azlıq təşkil edən partiyaların təqdim etdiyi siyahılar üzrə yenidən MSK üzvü seçiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR