MSK-ya daxil olan 177 müraciətdən 97-nə baxılıb

MSK-ya daxil olan 177 müraciətdən 97-nə baxılıb
# 17 fevral 2020 17:40 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan 177 müraciətdən 97-nə baxılıb.

APA-nın məlumatına görə, bunu MSK-nın bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

M. Pənahov qeyd edib ki, MSK daxil olan bütün müraciətlərə baxmağa və sosial şəbəkələrdə yayılan görüntüləri araşdırmağa davam edir.

“1000 məntəqədə quraşdırılan veb-kameralara baxmaq üçün də bizə çox vaxt lazım olur”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR