Milli Məclis Aparatının Katibliyində dörd nəfər vəzifəsindən azad edilib

Milli Məclis Aparatının Katibliyində dörd nəfər vəzifəsindən azad edilib
# 07 may 2020 18:55 (UTC +04:00)

Milli Məclisdə struktur islahatları davam edir.

APA-nın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının Katibliyində dörd nəfər işdən çıxarılıb.

Milli Məclis Sədrinin köməkçisi Aydın Cəfərov, Milli Məclis Sədrinin birinci müavininin köməkçisi Kəmalə Əzimova, Milli Məclis Sədrinin müavininin köməkçisi - Hüseyn Ağayev, Aparat rəhbərinin köməkçisi Elxan Əhmədov tutduğu vəzifəsindən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR