Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb

Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb
# 24 mart 2020 11:57 (UTC +04:00)

Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb.

Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlər nəzərə alınmaqla, Milli Məclisin inzibati binalarında insanlar arasında birbaşa təması məhdudlaşdırmaq, idarəetməni mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirmək məqsədi ilə Milli Məclis Sədrinin 2020-ci il 18 mart tarixli Sərəncamına uyğun olaraq, 2020-ci il martın 23-də Milli Məclisin rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri arasında, Milli Məclisin rəhbərliyi ilə parlamentdə təmsil olunan siyasi partiyaların liderləri arasında, habelə Milli Məclisin rəhbərliyi ilə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında internet üzərindən 3 informasiya mübadiləsi qrupu yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR