Milli Məclisdə jurnalistlər üçün 3 iş otağı ayrılıb

Milli Məclisdə jurnalistlər üçün 3 iş otağı ayrılıb
# 30 sentyabr 2020 10:49 (UTC +04:00)

“Bu gün Milli Məclisdə jurnlaistlərlə 3 otağın açılışını etdik”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

S. Qafarova bildirib ki, sədr seçiləndən sonra jurnalistlər ona iş otağının şəraitinin yaxşı olmaması ilə bağlı müraciət ediblər: “Pandemiyaya görə, ilk dövrlərdə bu işlə ciddi məşğul ola bilmədim. Ancaq yay aylarında bununla bağlı işlər görüldü. İclaslarda təkcə deputatlar işləmir. Jurnlalistlər də iclas bitənə qədər bizimlə olur. Yaradılan 3 otaqdan 1-i jurnalistlər üçündür, 16 kompüter var. Məkan olaraq daha böyükdür. Yanında fotostudiya otağı yaradılıb. İkinci mərtəbədə isə brifinqlər və müsahibələr üçün otaq yaradılıb. Bütün brifinqlər və müsahibələr artıq həmin otaqda keçiriləcək. Eyni zamanda pandemiya dövründə biz çalışdıq ki, sizə burada da şərait yaradaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR